• Qərb
  • 5 Dekabr 2019 17:52

Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu

Onun namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub

ABŞ-da yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub.

Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Nəimi Amiralın dostu Elnur Eltürk məlumat verib.

Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.

AzNews.az

image description