Bu barədə ABŞ administrasiyasından bildirilib Bu barədə ABŞ administrasiyasından bildirilib
  • Qərb
  • 10 Dekabr 2019 21:35
  •  3 337

Trampa qarşı ittihamlar yalandır - Ağ Ev

Bu barədə ABŞ administrasiyasından bildirilib

Ağ Evdə hesab edirlər ki, impiçment proseduru çərçivəsində ABŞ prezidenti Donald Trampa qarşı irəli sürülmüş iki maddə dövlət başçısının nüfuzuna təsir etməyəcək.

RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ administrasiyasından bildirilib.

Ağ Evdən bildirilib ki, prezident əleyhinə bütün ittihamlar yalan və əsassızdır. Bütün bunlar Tramp hakimiyyətini yıxmaq üçün edilib.

“Demokratlar çoxdan istəyirdilər ki, 63 milyonluq amerikalının seçimini ləğv etsinlər”, - deyə bəyanatda qeyd edilir.(report.az)

AzNews.az