Məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır Məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır
  • Qərb
  • 16 Yanvar 2020 23:30
  •  7 735

Pentaqon ABŞ Silahlı Qüvvələrinin İraqdan çıxmaq planlarının olmadığını bildirib

Məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır

“ABŞ silahlı qüvvələri İraqı tərk etməyi planlaşdırmır. Vaşinqton Bağdadla ABŞ qoşunlarının bu Yaxın Şərq ölkəsində olması ilə bağlı danışıqlar aparır. Hələ də suveren və firavan İraqın dostu və ortağı olmaq istəyirik”.

Bunu cümə axşamı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Hoffman əlavə edib ki, məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır.

İraqdakı iki əraziyə raket zərbələrinin endirildiyini xatırladan Pentaqon rəsmisi bildirib ki, ABŞ ordusunun olduqca təsirli erkən aşkarlama sistemi var:

“Bu sistem sayəsində hücum zamanı xəsarət alan və ya ölən olmadı”.

Jurnalistlər Hoffmandan ABŞ-ın İraqdakı antiterror əməliyyatlarını, İraq qoşunlarının təlimlərini bərpa edib-etməməyini soruşduqda cavab belə olub:

“İraqda qoşunların hazırlanması ilə bağlı yeni bir məlumata sahib deyiləm”. (APA)

AzNews.az