Fransada 26 nəfər virusdan öldü

Bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyinin bülletenində deyilir

Fransanın materik hissəsində epidemiya yayıldığı elan olunub.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyinin bülletenində deyilir.

“4 noyabr 2019-cu il tarixindən etibarən 311 ağır qripə yoluxma halı qeydə alınıb, özü də bunun 49-u fevralın əvvəlindən bəri olan müddətdə yaşanıb... 26 nəfər – 15 yaşa qədər 3 uşaq, 15-64 yaşlarında olan 12 nəfər və 65 və daha yuxarı yaşlı 11 nəfər virusdan ölüb”, - sənəddə deyilir.

Məlumata görə, epidemiya bu günə qədər ölkənin bütün materik hissəsinə təsir edib. Antil adalarında da epidemiya yayıldığı elan edilib, Reyunyonda isə o artıq sona çatıb.