Bu barədə "BFMTV" telekanalı məlumat yayıb Bu barədə "BFMTV" telekanalı məlumat yayıb
  • Qərb
  • 23 Fevral 2020 12:23
  •  11 979

"Sarı gödəkçəlilər"in aksiyasında 9 nəfər saxlanılıb

Bu barədə "BFMTV" telekanalı məlumat yayıb

Fransanın şimalındakı Lill şəhərində təşkil edilən "sarı gödəkçəlilər" hərəkatının "əsas yürüş"ündə polislə toqquşma zamanı 9 etirazçı saxlanılıb.

AzNews.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, nümayişçilərlə qarşıdurma zamanı azı bir asayiş keşikçisi də yaralanıb.

Televiziya kanalı hadisənin təfərrüatları barədə məlumat verməyib. Öz növbəsində, "France Bleu" radiostansiyası bildirib ki, üzlərini şarf və maskalarla gizlədən gənc qruplar bir avtomobili çeviriblər və dəmir maneələrdən barrikadalar qurublar. Hüquq mühafizə orqanlarının əməkdaşları cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər.