Lombardiyadan olan 38 yaşlı pasiyent fevral ayının ortalarında xəstələnib Lombardiyadan olan 38 yaşlı pasiyent fevral ayının ortalarında xəstələnib
  • Qərb
  • 24 Mart 2020 17:18
  •  3 946

İtaliyada koronavirusa yoluxan ilk pasiyent sağaldı

Lombardiyadan olan 38 yaşlı pasiyent fevral ayının ortalarında xəstələnib

İtaliyada koronavirusa yoluxan Mattio adlı ilk pasiyent sağalaıb və evə buraxılıb.

AzNews.az İtaliyanın "Ansa" agentliyinə istinadən xəbər verir ki, Lombardiyadan olan 38 yaşlı pasiyent fevral ayının ortalarında xəstələnib. Bir neçə gün ərzində isə onun vəziyyəti kritik həddə çatıb. 18 gün reanimasiyada qaldıqdan sonra, martın 9-da Mattio artıq nəfəs almağa başlayıb. Pasiyent sosial şəbəkədə müraciət yayımlayaraq, hər kəsi karantin qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, koronavirus pandemiyasından ölənlərin sayına görə İtaliya birinci yerdə qərarlaşıb. Ölkədə hər 20-ci adam koronavirusdan həyatını itirir.