"Bunun altından 200 min ölümlə çıxsaq, deməli..."

“Hamı öhdəsinə düşəni etməli və sosial məsafəni qorumalıdır"

“Koronavirusdan ölənlərin sayının 2 həftə ərzində artacağı gözlənilir”.

AzNews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə koronavirusla bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Covid-19-a qarşı görüləcək tədbirlərin vaxtını 30 aprelə qədər uzatdığını bildirib.

“Hamı öhdəsinə düşəni etməli və sosial məsafəni qorumalıdır. Bu kabus əvvəl-axır bitəcək. İyun ayının 1-ə qədər isə sağalma dövründə olacağımızı ümid edirik. Bu görünməz düşmənin öhdəsində birlikdə gələcəyik. Ancaq zəfər qazanmazdan əvvəl qalibiyyət elan etməkdən daha pis heç nə yoxdur”, - D. Tramp əlavə edib.

ABŞ Prezidenti Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fausinin “Amerikada ölü sayının 100-200 min ola biləcəyi” açıqlaması ilə bağlı isə bunları deyib:

“Biz heç nə etməsəydik, 2.2 milyon insanın ölməsi gözlənilirdi, amma bunun altından 100-200 min ölümlə çıxsaq, deməli yaxşı işləmişik”.

Pərvanə