"Hazırda Avropa İttifaqı tarixinin ən böyük iqtisadi geriləmə dövrünə girib” "Hazırda Avropa İttifaqı tarixinin ən böyük iqtisadi geriləmə dövrünə girib”
  • Qərb
  • 6 May 2020 20:46
  •  4 221

Avropa İttifaqı ən böyük iqtisadi geriləmənin astanasında

"Hazırda Avropa İttifaqı tarixinin ən böyük iqtisadi geriləmə dövrünə girib”

Avropa İttifaqının 2020-ci ildə koronavirus pandemiyası ilə mübarizə səbəbindən tarixindəki ən pis iqtisadi geriləmə ilə üzləşəcəyi gözlənilir.

AzNews.az xəbər verir ki, bu barədə iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Paolo Centiloni açıqlama verib: “Məlumdur ki, hazırda Avropa İttifaqı tarixinin ən böyük iqtisadi geriləmə dövrünə girib”.

Onun sözlərinə görə, gözlənildiyi kimi Avropa İttifaqında real ÜDM 7,4%, onun iqtisadi mərkəzi -Avrozonada isə 7,7% azalacaq. Avropa Komissiyasının iqtisadi proqnozuna görə, bu il heç bir Aİ ölkəsi iqtisadi artım göstərməyəcək. Ən kiçik geriləmənin 4,3 faizlə Polşada, ən böyük geriləmənin isə 9,7 faizlə Almaniyada baş verəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrində bütün dünyada olduğu kimi, pandemiya səbəbindən sosial-iqtisadi həyat sahəsində genişmiqyaslı məhdudiyyətlər tətbiq olunub. Bu isə öz növbəsində ittifaq ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşməyib.