Uğursuzluqla nəticələnə bilər Uğursuzluqla nəticələnə bilər
  • Qərb
  • 1 İyul 2020 15:45
  •  7 566

Boris Conson: “İsrailin planları qanunsuzdur”

Uğursuzluqla nəticələnə bilər

“İsrailin İordan çayının qərb sahilini ilhaq etmək niyyəti qanunsuzdur”.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlama ilə çıxış edib.

O qeyd edib ki, təşəbbüs narahatlıq doğurur və İsrailin öz sərhədlərini bu şəkildə qorumaq istəyi uğursuzluqla nəticələnə bilər.

Böyük Britaniyanın baş naziri vurğulayıb ki, ilhaq İsrailin ərəb və müsəlman dünyası ilə əlaqələrinin yaxşılaşdırılması istiqamətində qazandığı irəliləyişi təhlükə altında qoyacaq. (oxu.az)