• Qərb
  • 15 Dekabr 2020 13:45
  •  1 100

Bayden ABŞ prezidenti olaraq ilk dəfə açıqlama verib

"ABŞ-da siyasətçilər nəzarəti ələ almırlar, xalq onlara səlahiyyət verir"

ABŞ-dakı 528 nümayəndədən ibarət Seçki Komitəsi Cozef Baydeni ölkənin 46-cı prezidenti kimi rəsmi olaraq təsdiqləyib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçki nəticəsinin təsdiqlənməsindən sonra ilk dəfə açıqlama verib.

“Tarix boyu etdiyimiz kimi yeni bir səhifə açmağın, birləşməyin, sağalmağın zamanı gəldi", - Co Bayden bildirib.

Ona səs verməyən bütün amerikalıların prezident olacağına söz verən Cozef Bayden Donald Trampın hücumlarına baxmayaraq möhkəm olduğunu deyib: "ABŞ-da siyasətçilər nəzarəti ələ almırlar, xalq onlara səlahiyyət verir".

ABŞ xalqına birlik və həmrəylik çağırışı edən Bayden qarşılarında COVID-19 epidemiyasını cilovlamaq və iqtisadi yardım göstərmək kimi öhdəliklər olduğunu vurğulayıb.

Səidə

AzNews.az