Kaliforniya qubernatoru Gevin Nyusoma məktub yazıb Kaliforniya qubernatoru Gevin Nyusoma məktub yazıb
  • Qərb
  • 19 Yanvar 2021 10:00
  •  7 436

Kamala Harris səlahiyyətlərindən imtina etdi

Kaliforniya qubernatoru Gevin Nyusoma məktub yazıb

ABŞ-ın seçilmiş vitse-prezidenti Kamala Harris senator səlahiyyətlərini təhvil verib.

“TASS”ın yaydığı xəbərə görə, qərar yerli vaxtla saat 12:00-da qüvvəyə minib.

“Mən yanvarın 18-i saat 12:00-dan Kaliforniya ştatının senatoru vəzifəsindən gedirəm. Son dörd ildə məni Senatda xidmət etmək şərəfinə layiq görən Kaliforniya sakinlərinə təşəkkür etmək istəyirəm”, - Harrisin Kaliforniya qubernatoru Gevin Nyusoma ünvanladığı məktubunda deyilir.

Dekabrın 22-də Nyusom bildirmişdi ki, Harrisin Senatdakı yerini Kaliforniyanın katibi Aleks Padilla tutacaq.