Etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar Etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar
  • Qərb
  • 21 Yanvar 2021 14:09
  •  9 304

Bayden and içdi, ABŞ-da iğtişaş düşdü

Etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin dünənki andiçmə mərasimindən sonra ölkənin qərb sahillərində yerləşən Portland və Sietl (Seattle) şəhərlərində solçu hərəkatları iğtişaş törədiblər.

AzNews.az xəbər verir ki, bu barədə hər iki şəhərin polis departamentləri “Twitter” səhifəsindən bildiriblər.

“Fox News” xəbər verir ki, Sietlin mərkəzində etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar. İki nəfər saxlanılıb. Portlandda isə Demokrat Partiyasının şəhər ofisi dağıdılıb, gömrük və immiqrasiya xidmətlərinin binaları daşqalaq edilib. Bir qismində elektroşok cihazı, qaz balonları gətirən etirazçılar antifaşist təşkilatları və əks-irqçi BLM hərəkatının üzvü olduqlarını göstərən şüarlar səsləndiriblər.