- Qərb
- 4 Aprel 2021 11:03
- 5 355
ABŞ bu peyvəndin istehsalını dayandırdı -ŞOK

Məlumatı “The New York Times” qəzeti yayıb
ABŞ hökuməti “AstraZeneca” şirkətinin Baltimor şəhərində (Merilend ştatı-red) yerləşən “Emergent Biosolutions” zavodunda peyvənd istehsalını dayandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Zavod bundan sonra “AstraZeneca”nın bu sahədəki əsas rəqiblərindən sayılan “Johnson & Johnson” korporasiyasının peyvəndlərini istehsal edəcək.
Ağ Ev administrasiyasını belə bir qərara gəlməyə məcbur edən əsas səbəb “Johnson & Johnson” firmasının 15 milyon dozalıq preparatının tərkibinin texniki səhv ucbatından “AstraZeneca” peyvəndlərinə qarışması olub.
Nəticədə “Johnson & Johnson” böyük itkilərə məruz qaldığını elan edib. Hadisə Federal Dərman və Qida Agentliyi (FDA) tərəfindən ciddi şəkildə araşdırılır.
“AstraZeneca” məhsullarının tətbiqi ilə bağlı yayılan açıqlamada peyvənd olunan 17 milyon insan üzərində təfsilatlı şəkildə testlər keçirildiyi, xəstələrdə konkret olaraq preparatın tətbiq olunması səbəbindən hər hansı ağciyər emboliyası, dərin damar trombozu və ya trombositopeniya riskinin artmasına dair bir məlumat olmadığı qeyd edilib.
Elə Avropa dərman vasitələri agentliyi (EMA) də peyvənddən imtina etmək üçün ciddi əsasların olmadığını bildirib.