ABŞ-da pilotsuz silahdan istifadə planları hazırlanır ABŞ-da pilotsuz silahdan istifadə planları hazırlanır
  • Qərb
  • 5 Aprel 2021 13:20
  •  5 867

"Foreign Policy": ABŞ ordusu Azərbaycanın müharibə təcrübəsini öyrənir

ABŞ-da pilotsuz silahdan istifadə planları hazırlanır

Martın 30-da Amerikanın "Forin Polisi" analitik toplusunda "Amerika ordusu Qarabağ münaqişəsinin təcrübəsini öyrənir" (the U. S. Army Goes To School on Nagorno-Karabakh Conflict) adlı məqalə dərc edilib.

Müəllif Cek Deş yazır ki, 2020-ci ilin payızında baş verən hadisələr Amerika hərbçilərini bahalı olmayan pilotsuz uçuş aparatlarının köməyilə Ermənistanı məğlub edən Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsini öyrənmək zərurətinə inandırır.

ABŞ ordusunun strateqlərinə aydın oldu ki, qoşunların aşkar edilməsi və məhv edilməsi əvvəlki vaxtlarda olduğundan daha asan olur və indi ucuz başa gəlir. Baha olmayan döyüş qabiliyyətli pilotsuz uçan aparatlarla heç bir şeydən şübhələnməyən əsgərlər sadəcə öz mövqelərindən çıxmaqla öldürülə bilərlər. Siz tanklar, artilleriya mövqeləri, qoşunların pilotsuz aviasiya tərəfindən məğlub edilməsilə bağlı videolara baxa bilərsiniz", - asimmetrik müharibə qrupunun rəhbəri polkovnik Scott Şou deyir.

Şou deyir ki, son Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, zəif maliyyələşdirilən ordular tərəfindən uğurlu hərbi əməliyyatların aparılması mümkündür. Bundan sonra Amerika ordusu zəif rəqiblərə qarşı müharibədə havada alternativsiz üstünlüyə malik olmayacaq. "Pilotsuz uçuş aparatları yayılacaq, çünki onlar daha ucuzdur. Pilotsuz uçuş aparatları getdikcə daha az ölçüdə olacaq".

İndi olduğundan daha ciddi maskalanma lazımdır. Texnikanı gizlətmək olar, lakin tankların tırtıl izlərini gizlətmək olmaz. Odur ki, texnikanın hərəkətini, mövqeləri, qərargahını necə gizlətməyin lazım olduğu barədə düşünmək lazımdır, Şoy deyib.

Ekspertlər müzakirə edirlər: müharibədə hansı tərəf pilotsuz uçuş aparatlarının istifadəsindən üstünlük əldə edir – hücum edən, yoxsa müdafiə olunan. Bəzi mütəxəssislər hesab edirlər ki, Dağlıq Qarabağda müharibə hər iki İraq müharibəsinin başladığı Amerika “xalça bombardmanları”nın dövrü başa çatdığını göstərir.

ABŞ-da pilotsuz silahdan istifadə planları hazırlanır. Keçmiş müdafiə naziri Mark Esper Tramp administrasiyasını 355 pilotsuz gəmidən ibarət hərbi dəniz donanması yaratmağa razı salmağa çalışmışdı.Bu planın prezident Bayden tərəfindən necə qiymətləndirildiyi hələ aydın deyil, lakin 2021-ci ilin martında ABŞ Hərbi Dəniz Donanması və dəniz piyadası korpusu pilotsuz sistemlərin tətbiqi ilə bağlı "yol xəritəsi" qəbul ediblər, məqalədə qeyd olunur.

Qeyd edək ki, Azərbaycan ordusu üçün pilotsuz uçuş aparatlarının - “Aerostar”, “Orbiter 2M” və “Hermes 450” taktiki kəşfiyyat aparatlarının əsas tədarükçüsü İsrail olub. Sonradan onlara Thunder əlavə edilib.

Bakının arsenalında zərbəçi “Bayraktar TB2” dronları da var.

2011- ci ildə Azərbaycan “Orbiter 2M” və “Aerostar”, daha sonra isə öz sinfində ən yaxşılardan sayılan “Orbiter 3”ün lisenziyalı yığımına başlayıb. 2017-ci ildə “Orbiter 1K” dron-kamikadzenin yığılmasına başlanılıb. (Turan.az)