Mayninq və bitkoin əldə edilərkən atmosferə zərərli tullantılar atılır Mayninq və bitkoin əldə edilərkən atmosferə zərərli tullantılar atılır
  • Qərb
  • 13 May 2021 19:28
  •  6 639

“Tesla” kriptovalyuta ilə elektromobil satışını dayandırıb

Mayninq və bitkoin əldə edilərkən atmosferə zərərli tullantılar atılır

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkəti kriptovalyuta ilə satışı dayandırıb.

Aznews.az xəbər verir ki, şirkətin rəhbəri İlon Mask “Tvitter” mikrobloqunda yazıb ki, mayninq və bitkoin əldə edilməsi əməliyyatları üçün enerji mənbəyi kimi atmosferə zərərli tullantıların atılmasına səbəb olan yanacaqdan, xüsusən daş kömürdən istifadə edilməsindən narahatdırlar.