• Qərb
  • 17 İyul 20:48
  •  7 932

Avropadakı təbii fəlakətdə soydaşlarımız zərər çəkməyib - Komitə

"Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya zərər çəkməsi ilə bağlı heç bir məlumat yoxdur"

Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri insanların həyatı üçün ciddi narahatlıq yaradıb".

Aznews.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dövlət Komitəsi Almaniya, Belçika və Niderlandda baş verən təbii fəlakətlə bağlı Koordinasiya Şuraları vasitəsilə bu ölkələrdə yaşayan soydaşlarımızla mütamadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır: "Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya zərər çəkməsi ilə bağlı heç bir məlumat yoxdur. Soydaşlarımızdan xahiş edirik ki, ehtiyac olduğu təqdirdə Diasporla İş üzrə Dövlət Komitəsinə və Koordinasiya Şuralarına müraciət edə bilərlər".