- Qərb
- 22 Sentyabr 2021 21:08
- 4 414
Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır.
Aznews.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.
O bildirib ki, bu görüşün baş tutması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müəyyən cizgilər əldə etdiyinin işarəsi ola bilər.