• Qərb
  • 24 Noyabr 15:48
  •  1 585

Tramp: “ABŞ Co Baydenin idarəçiliyində zəif görünür”

“Mənim prezident olduğum müddətdə Rusiya və Çin ABŞ üçün təhlükə yaratmayıb”

Tramp: “Mənim prezident olduğum müddətdə Rusiya və Çin ABŞ üçün təhlükə yaratmayıb”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 4 illik prezidentliyi dövründə ABŞ-ın Rusiya və Çin tərəfindən heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

AzNews.az xəbər verir ki, prezidentliyi dövründə Çinin Tayvan üzərində hərbi təyyarələr uçurmadığını bildirən Tramp ABŞ-ın hazırkı prezident Co Baydenin idarəçiliyində zəif göründüyünü deyib.

“Rusiyaya baxsanız, Rusiya təhlükə deyildi. Mən vəzifədə olduğum zaman Rusiya ilə yaxşı anlaşdıq. Rusiyaya heç kimin etmədiyi qədər sanksiya tətbiq etdim. Çin Prezidenti Şi Cinpinq və Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətim var idi”, - deyə D.Tramp qeyd edib.

Şəbnəm Zahir