• Qərb
  • 21 Yanvar 23:25
  •  2 766

Məşhur komediya aktyoru Lui Anderson vəfat edib

Aktyor bu gün müalicə olunduğu Las-Veqas xəstəxanasında dünyasını dəyişib

"Life with Louie" cizgi serialından tanınan amerikalı komediya usdası Lui Anderson 68 yaşında dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Aktyor bu gün müalicə olunduğu Las-Veqas xəstəxanasında vəfat edib.

Onun uzun müddət qan xərçəngindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Lui Anderson 1953-cü ildə ABŞ-ın Minnesota ştatında anadan olub. Məşhur komediya aktyoru, həmçinin, müxtəlif televiziya layihələrində də rol alıb.

Xatırladaq ki, rejissoru olduğu "Life with Louie" cizgi serialı onun uşaqlıq illərində valideynləri ilə keçirdiyi həyat xatirələri əsasında çəkilib.