Bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib Bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib
  • Qərb
  • 28 Yanvar 2022 23:59
  •  5 447

Pentaqon: “ABŞ Ukraynaya qoşun göndərməyəcək”

Bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib

“ABŞ hərbçiləri Ukraynada hər hansı hərbi əməliyyatda iştirak etməyəcək”.

Aznews.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Prezident Co Bayden aydın şəkildə deyib ki, hərbi əməliyyat məqsədi ilə Ukraynaya ordu göndərməyəcək”, deyə Ostin vurğulayıb.

Pentaqon rəhbəri Avropaya əlavə qüvvələr göndərilməsi barədə suala da münasibət bildirib: “düzünə qalsa, heç bir qoşun göndərməyəcəyik”.

Mətbuat konfransında iştirak edən Qərargah Rəisləri Komitəsinin sədri də Ostinin sözlərini təsdiqləyib.