Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib
  • Qərb
  • 16 İyun 2022 19:42
  •  5 644

ABŞ Dövlət katibinin köməkçisi: “Bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır”

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib

Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndiririk.

Aznews.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.

“Xüsusilə Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin rolunu vurğulamaq istərdim”, - Karen Donfrid vurğulayıb.

O, Əfqanıstanda verdiyi dəstəyə görə Azərbaycana dərindən təşəkkür edib: “NATO qoşunlarını və ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması çətin və ağrılı oldu. Azərbaycan hərbçiləri sona qədər bizimlə, ABŞ ordusu ilə orada qaldı. Biz bunu təqdir edirik!”