“Prezdent, tam peyvənd olunub və iki dəfə buster doza vurdurduğu üçün çox yüngül simptomlar yaşayır" “Prezdent, tam peyvənd olunub və iki dəfə buster doza vurdurduğu üçün çox yüngül simptomlar yaşayır"
  • Qərb
  • 21 İyul 2022 19:13
  •  6 771

Bayden COVID-ə yoluxub

“Prezdent, tam peyvənd olunub və iki dəfə buster doza vurdurduğu üçün çox yüngül simptomlar yaşayır"

ABŞ Prezidenti Co Bayden COVID-19-a yoluxub.

Aznews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bu səhər Prezident Baydenin COVID-19 testi pozitiv çıxıb.

“O, tam peyvənd olunub və iki dəfə buster doza vurdurduğu üçün çox yüngül simptomlar yaşayır. “Paxlovid” preparatı qəbul etməyə başlayıb. Təlimatlara uyğun olaraq, o, Ağ Evdə təcrid olunacaq və bu müddət ərzində bütün vəzifələrini yerinə yetirməyə davam edəcək. O, bu səhər Ağ Ev işçilərinin üzvləri ilə telefonla əlaqə saxlayıb və Ağ Evdə planlaşdırılan görüşlərində telefon və “Zoom” vasitəsilə iştirak edəcək. Prezident, Ağ Evin protokoluna uyğun olaraq, testin nəticəsi neqativ çıxana qədər təcrid olunmuş şəkildə çalışmağa davam edəcək”, - qeyd olunub.