"Rusiya tərəfindən nüvə silahının tətbiqi onun özü üçün beynəlxalq aləmdə ağır nəticələrə səbəb olacaq və..." "Rusiya tərəfindən nüvə silahının tətbiqi onun özü üçün beynəlxalq aləmdə ağır nəticələrə səbəb olacaq və..."
  • Qərb
  • 21 Sentyabr 2022 18:24
  •  4 472

ABŞ Putinin nüvə silahı haqda xəbərdarlığını ciddi qəbul edir

"Rusiya tərəfindən nüvə silahının tətbiqi onun özü üçün beynəlxalq aləmdə ağır nəticələrə səbəb olacaq və..."

ABŞ Rusiya Prezidenti Vladimir Putinin nüvə silahının istifadəsi barədə dediklərini ciddi qəbul edir. Rusiya tərəfindən nüvə silahının tətbiq olunması bu ölkə üçün beynəlxalq arenada ağır nəticələrə səbəb olacaq.

Aznews.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalına müsahibəsi zamanı deyib.

“Biz bunu ciddi qəbul edirik. Rusiyanın strateji konfiqurasiyasını bacardığımız qədər izləyirik ki, ehtiyac olduğu təqdirdə öz strategiyamıza düzəlişlər edək. Hal-hazırda buna ehtiyacın olması üçün heç bir əlamət yoxdur”, – Kirbi əlavə edib.

Kirbi həmçinin xəbərdarlıq edib ki, Rusiya tərəfindən nüvə silahının tətbiqi onun özü üçün beynəlxalq aləmdə ağır nəticələrə səbəb olacaq və Rusiyanı dünya arenasında “tərk edilmiş” bir ölkəyə çevirəcək.