Ştatın qubernatoru qərar imzalayıb Ştatın qubernatoru qərar imzalayıb
  • Qərb
  • 6 Oktyabr 2022 11:44
  •  4 412

Kaliforniya ştatı “Soyqırımı Anma Günü” elan edib

Ştatın qubernatoru qərar imzalayıb

ABŞ-də ermənilərin məskunlaşdığı Kaliforniya ştatı 1915-ci il hadisələri ilə əlaqədar aprelin 24-nü “Soyqırımı Anma Günü” elan edib.

Ştatın qanunverici orqanı və senat tərəfindən təsdiqləndikdən sonra qubernator Gavin Nyuson tərəfindən imzalanan qərara əsasən, dövlət məktəbləri və universitetlərin aprelin 24-də bağlanmasına icazə veriləcək.

Bundan əlavə, dövlət qulluqçuları, hətta həmin gün işləsələr də, gələcək günlər üçün kompensasiyalı istirahət günü hüququna malikdirlər.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 24 aprel 2021-ci ildə verdiyi açıqlamada “erməni soyqırımı” ifadəsini işlətmiş və Türkiyənin reaksiyasına səbəb olmuşdu.

Züriyə Qarayeva