• Qərb
  • 21 Noyabr 18:20
  •  1 778

NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıyıb

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb.

Aznews.az xəbər verir ki, bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev "Facebook"da bildirib.

“NATO Parlament Assambleyası Rusiyanın təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb və bu ölkəni terrorçu dövlət kimi tanıyıb. NATO-nun 30 ölkəsinin hamısı nümayəndə heyətimizin təkliflərini dəstəkləyib. Bu tribunal təkcə hərbi cinayətlərin bilavasitə icraçılarını deyil, həm də Rusiya Federasiyasının yüksək rəhbərliyini qınamağa imkan verəcək. Qətnamə NATO üzvü olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə ünvanlanacaq”, - Çernev deyib.

Ukraynalı parlamentari qətnamədə Ukraynanın digər istəklərinin də yer aldığını deyib:

“Bundan əlavə, qətnamədə digər istəklərimiz də nəzərə alınıb:

- Ukraynaya silah tədarükünün artırılması;

- Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret addımların hazırlanması;

- Ukraynaya dəymiş ziyana görə Rusiya Federasiyasından kompensasiyaların alınması mexanizminin yaradılması”.