• Qərb
  • 2 Dekabr 2022 13:05
  •  10 079

Putin müharibəni bitirmək istəsə görüşməyə hazıram - Bayden

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoyma yolunu tutacağı təqdirdə onunla danışmağa hazır olduğunu bildirib.

Aznews.az xarici mətbuata istinadən bildirir ki, Rusiya ilə Ukrayna arasında aylardır davam edən müharibə ilə bağlı liderlərdən yeni açıqlamalar gəlməkdə davam edir.

Müharibə səbəbindən Ukraynanın tərəfini tutan və Rusiya prezidenti Vladimir Putinə qarşı cəbhədə yer alan ABŞ prezidenti Co Bayden Putinlə görüş siqnalını verib.

Baydenin prezidentliyi dövründə ABŞ-a ilk “dövlət səfərini” etmiş Emmanuel Makronla görüşəndən sonra birgə mətbuat konfransı düzənlənib.

“Putin müharibəni bitirmək yolunu tutsa, mən danışmağa hazıram”

Müharibənin bitməsinin yeganə rasional yolunun Putinin qoşunlarını Ukraynadan çəkməsi olduğunu ifadə edən Bayden, "Putin bu yolu seçməməklə ağır bədəl ödəyir. Eyni zamanda Ukraynada böyük dağıntılar törədir" deyib.

Putinlə təmasda olmaq fikrində olmadığını deyən Bayden, "Putin müharibəni sona çatdırmaq üçün qərar qəbul etmək istəsə, onunla danışmağa hazıram. Lakin o, hələ belə bir yolda deyil. Əgər belə bir şey olarsa , Fransız və NATO-dakı dostlarımla danışacağam. Putinlə təmas edib onun ağlından nə keçdiyini görəcəyəm",- deyə söyləyib.

Makrondan mesaj: "Ukraynadan güzəşt tələb etməyəcəyik"

Digər tərəfdən Fransa prezidenti Emmanuel Makron Ukrayna müharibəsi ilə bağlı qərarın Ukraynaya aid olduğunu vurğulayaraq, "Ukraynadan heç vaxt onlar üçün qəbuledilməz olan güzəştlərə getmələrini istəməyəcəyik" deyib.

Belə bir sülhün heç vaxt davamlı olmayacağını bildirən Makron, "Ukraynalıların öz ərazilərində danışıqların şərtlərini müəyyən etmək üçün verdikləri qərarlara hörmətlə yanaşacağıq",- deyə bildirib.

Nuray

Aznews.az