• Qərb
  • 7 Dekabr 2022 11:34
  •  2 232

İsrail köhnə Nablus şəhərini mühasirəyə alıb

İsrail son zamanlar işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində reydlərini və həbs əməliyyatlarını artırıb.

Aznews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,İsrail qüvvələri şəhərdəki içəri şəhəri mühasirəyə alıb, giriş-çıxışları bağlayıb.

Bölgədə fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma olduğu və silah səslərinin eşidildiyi bildirilib.

Özünü Fələstində "Aslan yuvası" adlandıran və içəri şəhərdə meydana çıxan qrup dünən İsrailin hər hansı hücumuna qarşı hazır olduqlarını açıqlayıb.

Mövsüm