• Qərb
  • 24 Fevral 2023 13:26
  •  4 461

ABŞ digər ölkələrə silah satışı siyasətini yeniləyib

ABŞ administrasiyası silah satışını tənzimləyən Adi Silah Transferi Siyasətini yeniləyərkən, silah satışı ilə bağlı qərar verilərkən alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğunun da qiymətləndiriləcəyini açıqladı.

Aznews.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Adi Silahların Transferi Siyasətini yeniləyib.

Sirkulyarda qeyd olunub ki, silahların ötürülməsinə dair qərarlarda bu silahların hər hansı insan hüquqları pozuntusunda istifadə edilməsi riski, bu ölkənin siyasi sabitliyi, təhlükəsizlik qüvvələri üzərində effektiv mülki hakimiyyətin mövcudluğu, hökumətin müdafiə satınalmalarında qanunun aliliyi və şəffaflığa sadiqlik nəzərə alınacaq.

Mövsüm