• Qərb
  • 28 Sentyabr 2023 12:30
  •  3 441

Donald Tramp Co Baydeni “çürük” və “əyri” siyasətçi adlandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident Co Baydeni “çürük” və “əyri” siyasətçi adlandırıb.

Aznews.az xəbər verir ki, avtomobil sənayesinin mühüm mərkəzlərindən biri olan Miçiqandakı çıxışında Tramp Baydenin avtomobil işçilərinin tətilində iştirakını və onun elektriklə işləyən avtomobillərə keçidi dəstəkləyən siyasətini tənqid edib.

"Digər ölkələrin işlərmizə və sərvətimizə təcavüz və talan eləməsinə icazə vermək üçün rüşvət alaraq varlandıqlarında üz çevirdilər. Neçə illərdir, ABŞ-li işçiləri xərclənən, işlərə isə birdəfəlik istifadə edilən gözü ilə Bayden kimi çürük və əyri liderlərin ardınca getdiz",-deyə Tramp qeyd edib.

Tramp, Baydenin Miçiqana avtomobil sənayesi işçilərinin tətilində görünmək üçün gəldiyini, lakin işçilərin işsiz qalmasının səbəbinin onun öz siyasəti olduğunu iddia edib.

Baydenin elektriklə işləyən avtomobillərə verdiyi dəstəyi “cəhənnəmə keçid” kimi xarakterizə edən Tramp bu addımın Amerika avtomobil sənayesinin sonu ola biləcəyi barədə xəbərdarlıq edib.

Tramp iddia edib ki, “Baydenə verilən hər səs avtomobil sənayesinin gələcəyinin Çində müəyyənləşəcəyi anlamına gələcək”.

Mövsüm

Close menu