- Qərb
- 23 May 20:03
- 1 505
Polşa Ukraynanı NATO-ya dəvət etmək planlarının olmadığını vurğulayır

Kiyevin NATO-ya inteqrasiyası ilə bağlı müzakirələr nəzəri xarakter daşıyır; heç kim Kiyevin alyansa üzv olmasını təklif etməyib.
Bu barədə Polşa Seymi sədrinin müavini Kşiştof Bosak RMF radiostansiyasının efirində bildirib .
“Mənim üçün Ukraynanın NATO-ya daxil olması ilə bağlı bu müzakirə sırf nəzəri müzakirədir: “Nə amerikalılar, nə almanlar, nə fransızlar, nə də ən güclü NATO ölkələrindən heç biri Ukraynaya NATO-ya üzv olmağı təklif etmir”, - o vurğulayıb.
O qeyd edib ki, Polşa siyasətçiləri Kiyevin bloka qoşulma ehtimalı haqqında danışarkən “özlərini yanlış məlumatlandırırlar”, çünki qlobal səviyyədə müzakirələr haqqında kifayət qədər məlumatı yoxdur.
Mövsüm
Aznews.az