- Qərb
- 23 May 18:40
- 2 286
Napoleonun qılıncı hərracda 4,6 milyon avroya satılıb

BFMTV-nin mayın 23-də verdiyi məlumata görə , Fransa imperatoru Napoleon Bonaparta məxsus qılınc Parisdə hərracda 4,6 milyon avrodan çox qiymətə satılıb.
Bonapartın birinci konsul vəzifəsini tutduğu 1802-1803-cü illərdə sifariş verdiyi qılıncın digər Napoleon artefaktları arasında demək olar ki, rekord məbləğə auksionda satıldığı vurğulanır. Hərrac mayın 22-də Parisin Drouot hərrac evində baş tutub.
Telekanalın yazdığına görə, əşya əvvəlcə 700 000 avro ilə 1 milyon avro arasında qiymətləndirilsə də, sonda 4 663 900 avroya hərraca çıxarılıb. Unikal silah Napoleona hakimiyyətinin sonuna qədər məxsus olub, bundan sonra onun ən yaxın silahdaşlarından birinə, Napoleon Fransa İmperiyasının son marşalı Emmanuel de Qrouca təhvil verilib. O vaxtdan bəri qılınc hərbi rəhbərin nəslinin ailəsində saxlanılır.
Mövsüm
Aznews.az