- Qərb
- 9 Yanvar 2024 20:58
- 6 047
Avstriya Maliyyə Nazirliyinin rəhbəri sürücülük vəsiqəsindən məhrum edilib
Avstriyanın maliyyə naziri Maqnus Brunner sürət həddinin artırılması səbəbindən dörd həftəlik sürücülük vəsiqəsini itirib.
Bu barədə "Kurier" portalı bildirib .
Hadisə şənbə günü, yanvarın 6-da baş verib. Brunner doğma şəhəri Vorarlberqə səfəri zamanı şəxsi olaraq "BMW" şirkətinin avtomobilindən istifadə edib. Polis patrulu onu Reyn Vadisi avtomobil yolunda saxlayıb.
Avstriyalı nazir qanunla icazə verilən 80 km/saat sürət əvəzinə 100 km/saatdan artıq sürətlə hərəkət edib.
Mövsüm
Aznews.az