• Qərb
  • 9 Fevral 19:28
  •  3 436

Handelsblatt: NATO Ukraynaya hərbi yardımı koordinasiya etmək istəyir

NATO Ukraynaya silah tədarükünün koordinasiyasını ABŞ -dən götürmək niyyətindədir.

Almaniyanın "Handelsblatt" qəzeti yazır ki, dəyişikliklərlə bağlı müzakirələr bu həftə baş tutub.

“Alyansın şüarı Rusiya ilə münaqişənin bir hissəsi olmaq istəməmək idi. Amma indi tabu sarsıdılıb. Səbəblərdən biri: (ABŞ-ın keçmiş prezidenti - red.) Donald Trampın qayıdışı ilə bağlı qorxudur”, – nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Ramşteyn formatı Kiyevə hərbi dəstək verən 50 dövlətin nümayəndələrinin görüşlərini nəzərdə tutur. Danışıqlar Almaniyanın Reynland-Pfalts federal əyalətinin Ramşteyn şəhərindəki Amerika aviabazasında aparılır.

Mövsüm

Aznews.az