• Qərb
  • 15 May 2024 18:34
  •  4 652

Rişi Sunak Slovakiyanın baş nazirinə sui-qəsd cəhdini pisləyib

Böyük Britaniyanın baş naziri Rişi Sunak slovakiyalı həmkarı Robert Fikonun öldürülməsinə cəhdi pisləyib.

O, bu barədə məlumat verib.

“Bu dəhşətli xəbərdən şoka düşdüm. İndi bütün düşüncələrimiz baş nazir Fiko və ailəsindədir”, - Sunak X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Fikoya sui-qəsd cəhdini Macarıstanın baş naziri Viktor Orban da pisləyib.

Mövsüm

Aznews.az