• Qərb
  • 29 May 20:54
  •  2 686

ABŞ senatoru ölkənin köhnəlmiş hərbi infrastrukturundan danışıb

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin aparıcı üzvü Rocer Uiker qeyd edib ki, ABŞ hərbi infrastrukturu köhnəlib, ABŞ gəmilərini qurmaq və saxlamaq çətindir, qırıcı donanma isə çox kiçikdir.

“Biz gəmilərin inşası və texniki xidməti üçün mübarizə aparırıq, qırıcı donanmamız çox kiçikdir və hərbi infrastrukturumuz köhnəlib. Bu arada Amerikanın düşmənləri öz ordusunu gücləndirir və daha aqressivləşirlər”, o, “ The New York Times” üçün məqaləsində qeyd edib.

Senator vurğulayıb ki, bir neçə ildən sonra Birləşmiş Ştatlar həddindən artıq zəif vəziyyətə düşə bilər.

Mövsüm

Aznews.az