- Qərb
- 6 İyun 2024 11:58
- 3 137
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

Fransanın "Ruissy-en-France" bələdiyyəsində terror aktı törətməyi planlaşdırdığı iddia edilən şəxs saxlanılıb.
Bu barədəFransanın “Le Journal du Dimanche” qəzeti mənbələrə istinadən məlumat yayıb.
26 yaşlı gəncin hava limanı yaxınlığındakı oteldə yaşadığı dəqiqləşib. Qəzetin yazdığına görə, onun otağında axtarış aparılıb, nəticədə saxta sənədlər, pul və partlayıcı maddələr aşkar edilib.
Qəzetin yazdığına görə, Milli Terrorla Mübarizə Prokurorluğu araşdırmalara başlayıb və saxlanılan şəxs Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) əməkdaşlarına təhvil verilib.
“Bu işi Milli Antiterror Prokurorluğu öz üzərinə götürüb. Şübhəli şəxs DGSİ-də dindirilib”, - deyə nəşr yazıb.
Mövsüm
Aznews.az