- Qərb
- 24 İyun 2024 14:55
- 4 369
Orban Aİ-ni Ukrayna münaqişəsindəki məqsədlərlə bağlı qərar verməyə çağırıb

Macarıstanın baş naziri Viktor Orban Avropa ölkələrini Ukraynadakı məqsədləri barədə qərar verməyə çağırıb .
O, bu barədə Almaniyanın “Funke” media qrupuna müsahibəsində bildirib.
Siyasətçi qeyd edib ki, münaqişə Ukraynanın NATO-ya üzvlük hüququnu təmin etmək məqsədi daşıyır və Rusiya bunu qəti şəkildə rədd edir.
“Ancaq biz Krımda NATO bayrağının olmasını istəyirikmi ? Heç kim həqiqətən heç nəyə aydınlıq gətirməyib. Bunun əvəzinə gənc ukraynalıların ölümü maliyyələşdirilir”, n-tv kanalı Orbandan sitat gətirib.
Mövsüm
Aznews.az