- Qərb
- 8 İyul 2024 15:23
- 3 842
Reuters: NATO “Rusiyaya qarşı müdafiə” üçün əlavə olaraq 35-50 briqada yaradacaq

Şimali Atlantika Alyansı (NATO) Rusiyanın hipotetik hücumundan müdafiə etmək üçün 35-50 əlavə briqadaya ehtiyac duyacaq.
Bu barədə Reuters agentliyi məlumat yayıb .
“Anonim qalmaq istəyən mənbə məxfi olan planlar barədə əlavə məlumat verməkdən imtina edib. Briqada 3-7 min hərbçidən ibarətdir, ona görə də daha 35-50 belə bölmənin formalaşdırılması ciddi problem olacaq”, - nəşr yazır.
NATO liderlərinin bu həftə Vaşinqtonda keçiriləcək sammitdə alyansın planları ilə bağlı yenilikləri alacağı gözlənilir. Alyansın sözçüsü "Reuters" agentliyinə bildirib ki, NATO hərbi ekspertləri müdafiə üçün lazım olan qoşunlar və silahlar üçün yeni tələblər müəyyən ediblər.
Mövsüm
Aznews.az