- Qərb
- 23 İyul 2024 22:16
- 5 253
Polşa parlamenti Moldovanı Rusiyadan qorumağa kömək etməyə çağırıb

Polşa parlamentinin deputatı Katarjina Matusik-Lipiec ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamışa müraciət edərək hökuməti Moldovanın Rusiyadan müdafiəsinə və NATO ilə əlaqələrini inkişaf etdirməyə kömək etməyə çağırıb.
“Moldova Respublikası Avropa İttifaqına üzvlüyə namizədlərdən biridir və Polşanın sabitliyi və təhlükəsizliyi baxımından çox mühüm ölkədir. Moldova kiçik ölkədir, lakin Polşaya nisbətən yaxın yerləşir və potensial olaraq Rusiyanın təcavüzü riskinə məruz qalır”, - Lenta.Ru deputatdan sitat gətirib.
Bununla belə, o, belə bir təcavüz riskinin "kiçik" olduğunu vurğulayıb.
Mövsüm
AzNews.az