- Qərb
- 10 Sentyabr 20:35
- 2 542
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
ABŞ Rusiya bayrağı altında üzən bir neçə gəmiyə və bəzi Rusiya strukturlarına qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Departamentin məlumatına görə, məhdudiyyətlər Rusiya bayraqları altında qeydiyyatda olan 9 gəmiyə şamil edilib. Siyahıya daxil olan gəmilər arasında Zakamsk, Boris Kustodiev, Composer Rachmaninov və daha altı ticarət gəmisi var.
Rusiya Federasiyasından olan bir fiziki şəxs və ixtisası dəniz nəqliyyatına aid olan bir neçə şirkət də sanksiyalara məruz qalıb.
Mövsüm
AzNews.az