- Qərb
- 10 Aprel 14:54
- 4 275
Avropa Komissiyası Ukraynaya “birlikdə borş bişirməyi” təklif edib
Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu prosesini borş bişirməklə müqayisə edib və Kiyevə “borşu birlikdə bişirməyi” təklif edib.
Bunu Avropa komissarı Marta Kos Brüsseldə keçirilən biznes forumda bildirib.
O, bildirib ki, bu ifadə təkcə yemək bişirmə prosesini deyil, həm də mürəkkəb tapşırıqlar üzərində birgə işləməyin vacibliyini simvollaşdırır.
"Gəlin birlikdə borş bişirək. Gəlin həm də Ukrayna ilə Aİ arasında tərəfdaşlıq quraq", - Avropa komissarı bildirib.
Mövsüm
Aznews.az