Rusiyada Mərkəzi Asiyadan qazın nəql olunduğu magistral qaz kəməri yenidən sıradan çıxıb

Rusiyanın Volqoqrad vilayətində "Mərkəzi Asiya - Mərkəz" magistral qaz kəməri sıradan çıxıb.

Aznews.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayıb.

Hadisəyə dekabrın 19-da baş verən torpaq çökməsinin səbəb olduğu bildirilib. Hadisə yerinə təcili və xüsusi xidmət avtomobilləri cəlb edilib", - məlumatda qeyd olunur.

Qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb.

Bu boru kəməri "Qazprom"a məxsus qaz kəmərləri sisteminə daxildir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir.

Xatırladaq ki, "Mərkəzi Asiya-Mərkəz" magistral qaz kəməri artıq 2025-ci il avqustun 2-də Volqoqrad vilayətində bir dəfə sıradan çıxıb. Buna səbəb Dinamovskoye kəndi yaxınlığında baş verən partlayışlar olub.