• Qərb
  • 9 May 15:03
  •  1 883

Merz, Aİ-nin Ukrayna ilə bağlı ABŞ-ə bənzər bir kommunike hazırladığını açıqlayıb

Avropa İttifaqının (Aİ) üzvləri Ukraynada 30 günlük atəşkəs üçün ABŞ prezidenti Donald Trampın təklif etdiyi məzmun və ideyalara oxşar kommünike layihəsi hazırlayıblar.

Bu barədə Almaniya kansleri Fridrix Merz məlumat verib.

Almaniya kansleri ümidvar olduğunu bildirib ki, bütün tərəflər sənədlə tanış olduqdan sonra bu sənəddə faktiki olaraq atəşkəs yolu ilə sülh sazişi üzrə danışıqlar aparmaq şansı görəcəklər. Merz əlavə edib ki, gələn həftə Ukrayna münaqişəsinin nizamlanması üzrə “ciddi danışıqlar” vaxtı olacaq.

Mövsüm

Aznews.az