- Qərb
- 14 May 20:56
- 919
Siyarto Leyenin Pfizer ilə əlaqələrini açıqlamağı tələb edir

Avropa Komissiyası (AK) agentliyin rəhbəri Ursula fon der Leyenin Pfizer əczaçılıq şirkəti ilə əlaqələri barədə məlumatları dərhal açıqlamalıdır.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
O, Brüsseli məhkəmənin hökmünə hörmətlə yanaşmağa və Avropa Komissiyasının rəhbəri ilə yerli konsaltinq firmasının nümayəndəsi Frederik Baldan arasında yazışmalar barədə məlumatı açıqlamağa çağırıb.
Siyarto yazışmalarının maliyyə mövzuları, AK-nin xərclədiyi məbləğin səbəbləri və peyvəndin gecikdirilməsi, eləcə də Avropanın vaksinlər mövzusunda son yerlərdən birinə niyə düşməsi ilə bağlı suallara cavab verməyə çağırıb.
"Biz təcili olaraq Avropa Komissiyasının prezidenti ilə Pfizer rəhbəri arasındakı bu yazışmaların dərhal ictimaiyyətə açıqlanmasını tələb edirik", - Macarıstan xarici işlər nazirinin sözləri ölkə hökumətinin saytında yerləşdirilib.
Mövsüm
Aznews.az