Britaniya Çaqos arxipelaqını təhvil vermək üçün Mavrikiy ilə müqavilə imzalayacaq

Britaniya Cənubi Okeanda yerləşən Çaqos arxipelaqının öz suverenliyinə verilməsi üçün Mavrikiy ilə müqavilə imzalamağı planlaşdırır.

Bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb .

Nəşrin məlumatına görə, ərazinin köçürülməsi proseduru onlayn rejimdə həyata keçiriləcək. Krallığın baş naziri Key Starmer orada iştirak edəcək.

Müvafiq sövdələşmə, 2024-cü ilin oktyabrında bağlanıb. Dövlətlərarası razılaşmalara əsasən, Çaqos arxipelaqını qəbul edən Mavrikiy bunun müqabilində növbəti 99 il ərzində orada Britaniya-Amerika hərbi bazasının mövcudluğunu təmin etməyə razılaşır. Bu müddətdən sonra London adadakı mövcudluğunu daha 40 il uzatmaq hüququnu özündə saxlayır.

Mövsüm

Aznews.az