• Qərb
  • 22 May 21:12
  •  809

EFF: Məhkəmə Portnovun qətli işinə bağlı qapılar arxasında baxacaq

İspaniya məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andriy Portnovun qətli ilə bağlı işi məxfiləşdirib.

Bu barədə mənbələrə istinadən EFE agentliyi məlumat yayıb .

"Portnovun ölümünü araşdıran hakim məhkəmə prosesinin gizli saxlanmasına qərar verib", - məlumatda deyilir.

Qeyd olunur ki, mayın 22-də səhər tezdən məhkəmə-tibb ekspertləri Portnovun cəsədinin yarılmasına başlayıblar, lakin ölüm səbəbi ilə bağlı ilkin hesabat hələ dərc edilməyib. Qətlin iki ortaq tərəfindən törədildiyi güman edilir.

Mövsüm

Aznews.az