- Qərb
- 22 May 21:20
- 795
Linkolnun qanlı əlcəkləri 1,5 milyon dollara satılıb

ABŞ-nin 16-cı prezidenti Abraham Linkolnun öldürüldüyü axşam cibində olan əlcəkləri hərracda 1,5 milyon dollara satılıb.
Bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Qeyd olunur ki, qanlı dəri əlcəklər ona aid 144 əşya arasından hərraca çıxarılıb, onlardan 136-sı satılıb.
Nəşr yazır: "Əlcəklər bonus da daxil olmaqla 1,52 milyon dollar gəlir gətirərək ən çox satılan əşya olub. Linkolnun 1865-ci il aprelin 14-də güllələndiyi gecə əlində olan iki dəsmaldan biri 826 min dollara satılıb".
Mövsüm
Aznews.az