- Qərb
- 23 May 18:22
- 1 089
Almaniya vətəndaşlarının 32%-i hakim Merz koalisiyasının işindən narazıdır

Almaniya Federativ Respublikasında (AFR) respondentlərin 32%-i kansler Fridrix Merzin yeni hökumət koalisiyasının işindən narazıdır.
Bu barədə Almaniyanın "Tagesspiegel" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, almanların 32%-i Xristian Demokrat İttifaqı (CDU), Xristian Sosial İttifaqı (CSU) və Almaniya Sosial Demokrat Partiyasının (SPD) hakim koalisiyasının işindən narazı olduğunu bildirib. Respondentlərin 51%-i Merz hökumətinin fəaliyyətini müsbət qiymətləndirib, digər 17%-i isə dəqiq cavab verə bilməyib.
Bildirilir ki, 47% Merzin özünün yaxşı iş gördüyü ilə razılaşıb. Almaniya vətəndaşlarının 35%-i kanslerin işinə mənfi qiymət verib.
Mövsüm
Aznews.az