• Qərb
  • 4 İyun 20:20
  •  2 055

Rutte: NATO Qara və Baltik dənizlərinə məsuliyyət sahələri kimi baxır

NATO Qara və Baltik dənizlərinə alyansın məsuliyyət sahəsi kimi baxır.

Bunu NATO-nun baş katibi Mark Rutte deyib.

Rutte təşkilatın rəsmi YouTube səhifəsində yayımlanan bloka üzv ölkələrin müdafiə nazirlərinin iclasından əvvəl keçirdiyi brifinqdə deyib: “Baltikyanı regiona gəldikdə, lakin bu, Qara dəniz və digər NATO regionları üçün də keçərlidir, oradakı sualtı infrastruktur daimi təhlükə altındadır”.

Onun sözlərinə görə, NATO regionda istənilən gözlənilməz vəziyyətə "dağıdıcı cavab" verəcək. Bundan əlavə, baş katib vurğulayıb ki, alyans müdafiə xərclərini artırmalıdır.

Mövsüm

Aznews.az