• Qərb
  • 4 İyun 20:23
  •  1 684

Aİ Bolqarıstanın Avrozonaya daxil olmaq meyarlarına cavab verdiyini təsdiqləyib

Avropa komissarı Valdis Dombrovskis bildirib ki, Bolqarıstan avrozonanın üzvü olmaq üçün bütün meyarlara cavab verir.

"Bolqarıstan indi avrozonanın 21-ci üzvü olmaq üçün bütün kriteriyalara cavab verir. Bugünkü hesabat Bolqarıstan, avrozona və bütövlükdə Aİ üçün tarixi məqamdır. Bu, son addım deyil, amma mühümdür. Avropa Şurasının Bolqarıstanın Avropa İttifaqına daxil olması ilə bağlı yekun qərarını iyulun birinci yarısında verəcəyi gözlənilir", - mətbuat konfransında Dorovski bildirib.

Avropa komissarı qeyd edib ki, Şuranın müsbət qərarı Bolqarıstanın hələ 2026-cı ilin əvvəlində avroya keçməsinə yol açacaq.

Mövsüm

Aznews.az